Dövlət Taxıl Fonduna tədarük üçün buğdanın qiyməti artırılıb
Paylaş
67 baxış·1 dəq oxu
Bakı. 1 sentyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi özünün Dövlət Taxıl Fondu üçün tədarük etdiyi buğdanın alış qiymətini 250 manatdan 270 manata qaldırıb. Bu barədə "Report" nazirliyin saytına istinadən xəbər verir. Bundan başqa, qurum tədarük üçün müddəti noyabrın 1-nə qədər uzadıb. Xatırladaq ki, Fond üçün buğda tədarükünə iyunun 21-də başlanılıb.