"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə qadın aparıb, insan alveri etməkdə təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməmişdi.