Sentyabr ayının 5-də ASC "Xalq" Bankı plastik kart sahibi olan müştəriləri üçün "Xalq Bank kartı ilə ödə, istirahət qazan!" stimullaşdırıcı lotereyasının altıncı tirajını keçirdi. Tiraj komissiyasının üzvlərinin iştirakı ilə keçirilən uduşda 117 102 bilet iştirak edirdi ki, bu da beşinci tirajda iştirak edən biletlərin sayından 3% çoxdur. Uduşda avqust ayı ərzində 20 manat (və ya xarici valyutada ekvivalenti) və daha çox məbləğdə nağdsız ödəniş edən Xalq Bank kartlarının sahibləri iştirak etdi. "Xalq Bank kartı ilə ödə, istirahət qazan!" stimullaşdırıcı lotereyanın altıncı uduşunda bilet №14726118 - Sadıxbəyli Mirzağa Mübariz oğlu; bilet №14757965 - Cahangirov Anar Niyaz oğlu və bilet №14743612 - Əliyeva Natalya Seydullayevna qalib gəldilər. Uduşun qalibləri Şamaxıda yerləşən dəbdəbəli "Sakit Göl" tətil və istirahət məkanında 2 nəfərlik istirahət kuponu (iki gün, bir gecə; səhər və şam yeməyi daxildir) əldə etdilər. Kuponlar qalibə verildiyi andan 2 ay müddətində etibarlıdır.
"Xalq Bank kartı ilə ödə, istirahət qazan!" lotereyası cari ilin mart ayının 2-dən başlayaraq 31 dekabr tarixədək davam edəcək. Növbəti tiraj oktyabr ayının 5-də baş tutacaq. Bu tirajda sentyabr ayının 1-dən 30-dək qazanılan elektron biletlər iştirak edəcək. Hər iştirakçı oynanılan mükafat növündən yalnız bir ədəd qazana bilər. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da iştirak edə bilərlər.
Plastik kartları Bankın istənilən filialında əldə etmək olar. Visa Electron/MC Debit, Visa Classic/MC Standard və Visa Gold/MC Gold kartları pulsuz təqdim olunur. Plastik kartlar və kampaniya haqda daha ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək olar.