Gənc aktrisa və müğənni Teylor Svift sevgilisi Tom Hiddsltondan ayrılıb.
Milli.Az "Haberler"ə istinadən xəbər verir ki, cütlüyün arasındakı münasibət cəmi 3 ay davam edib.
Teylor Sviftə yaxın mənbənin verdiyi məlumata görə, onun sevgilisindən ayrılmasına səbəb münasibətlərinin KİV-lərdə çox işıqlandırılması olub.
Qeyd edək ki, Teylor Svift tez-tez sevgili dəyişməsi ilə gündəmə gəlir. Kişiləri əlcək kimi dəyişən ulduzun son 4-5 ildə 10-dan çox sevgilisi olub. Maraqlıdır ki, ulduzun bütün münasibətləri qısamüddətli olub və cəmi bir neçə ay davam edib.
Ulduz 2008-ci ildə Metyu Qrey Qublerı və Teylor Launter ilə, 2009-cu ildə Lukas Hill və Con Mayer ilə, 2010-cu ildə Cori Monteis və Tobi Heminqvey, 2011-ci ildə Ceyk Cilanhal, 2011-ci ildə Zak Efron və Qaret Hedlund, 2012-ci ildə Eddie Redmeyn, 2013-cü ildə Harri Styles və Konor Kennedi, 2015-ci ildə isə Kalvin Harrislə sevgili olub.
Milli.Az










