Aşağıdakı səbəblərə görə bunu etmək məsləhət deyil və hətta günahdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, İslamın ən çox bəyənmədiyi işlərdən biri israfdır. Təəssüf ki, hər bayramda fişəng və partladıcı paketlərə külli miqdarda pullar xərclənir. İnsanlar bir neçə dəqiqəlik mənasız ləzzət üçün pulu sözün həqiqi mənasında "havaya buraxırlar". Üstəlik, bu zaman başqalarının rahatlığı da pozulur, əbəs yerə səs-küy yaranır, bayram əhval-ruhiyyəsi korlanır. Buna görə də tövsiyə edirik ki, həm başqalarının rahatlığını düşünərək, həm israfdan qaçaraq, həm də qanunlara riayət edərək çox səs-küy yaradan vasitələrdən istifadə edilməsin. Pulumuzu bunlara sərf etmək əvəzinə ehtiyaclı şəxslərə versək, savab qazanarıq.

Milli.Az