Hər il neçə-neçə tanınmış futbol ulduzu karyerasını başa vurur. Bəzən gözümüzü açandan yaşıl meydanlarda ora-bura qaçan futbolçular səhnədən çəkilir. Təbii ki, onların vida mərasimində hansı hisləri keçirdiyini özlərindən yaxşı bilən olmaz. Bununla belə, hər bir futbol azarkeşi də sevimli futbolçularıyla, kumirləriylə vidalaşanda təsirlənir.
Bu yaxınlarda Bastian Şvaynştaygerin Almaniya millisində son oyununu keçirməsi və qarşılaşmadan sonra göz yaşlarını saxlaya bilməməsi futbolun ən duyğusal tərəfidir.
Publika.az fürsətdən istifadə edib ən təsirli vida fotolarını təqdim edir.
Xavi "Barselona"dan gedir.

Şvaynştayger Almaniya millisiylə vidalaşır.

Təkcə "Real" yox, futbol dünyası Zidanı yola salır

Falkao "Atletiko"dan ayrılır.

Kasilyas "Real"ı ağlaya-ağlaya tərk edir.

Raul Qarsiya "Atletiko"dan gedir.

Bekhem PSJ-dən, eyni zamanda Avropadan gedir.

Pərviz Hikmət