Şir yolka ilə oynamağı sevir - FOTO

Şir yolka ilə oynamağı sevir - FOTO
11:42 5 Yanvar 2015
201 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərənin Kembricşir şəhərindəki Linton zooparkında (Linton Zoological Gardens) saxlanan şirlərdən biri oynamağı, əylənməyi çox sevir.
 
O, zoopark əməkdaşlarından birinin Yeni il bayramından sonra gərəksiz saydığı və volyerə atdığı yolka ağacı ilə oynayarkən zooparka gələnləri təəccübləndirib.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şirin yolka ilə oynadığını görən zoopark rəhbərliyi şəhər sakinlərinə müraciət edərək bayram yolkalarını zibilliyə atmamağı, zooparka gətirmələrini xahiş edib.
 
Eyni zamanda, bu ağacların çoxu zooparkın bağında yenidən əkilir. Bir qismi isə zooparkın isidilməsi üçün ocaqxanaya yanacaq qismində göndərilir.
 
Milli.Az 

Böyütmək üçün şəkillərə klikləyin.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/317214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR