İsveç çempionatının 22-ci turunda baş tutan AİK – “Gefle” qarşılaşması daha çox oyun öncəsi açılış mərasimiylə yadda qalıb.

Publika.az xəbər verir ki, adətən meydana uşaqlarla çıxan komandalar bu dəfə maraqlı dəyişiklik edib. Hər iki komanda meydana yaşlı azarkeşləri ilə çıxıb. Ağsaqqallar arasında UEFA-nın sabiq prezidenti Lennart Yohansson da olub.

Oyun AİK-in minimal hesablı qələbəsiylə başa çatıb (1:0).

Pərviz Hikmət