"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Məlumata görə, Rusiya və Azərbaycanın fövqəladə hallar nazirliklərinin 2017-2019-cu illər üzrə əməkdaşlığının hərtərəfli planının imzalanmasının gedişatında Kəmaləddin Heydərov növbəti təlimləri Azərbaycanda keçirməyi təklif edib.
"Sabah Həştərxanda ilk təlimlər olacaq. Bundan sonra təlimlər hər il keçiriləcək. Biz burada – Azərbaycan ərazisində növbəti təlimlərin keçirilməsi haqqında təklifinizi dəstəkləyəcəyik", - deyə Puçkov bildirib.
Qeyd edək ki, təlimlər Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycanın iştirakı ilə keçirilir.