Türkiyənin kəşfiyyat qurumunun 52 əməkdaşı haqda cinayət işi başlanıb
Paylaş
·49 baxış·1 dəq oxu
Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) 87 əməkdaşı işdən çıxarılıb. "Report" "Haberturk"ə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər. İşdən çıxarılan əməkdaşlardan 52-si haqda cinayət işi başlanıb.