Tanınmış cütlük Bleyk Layvli və Rayan Reynolds ikinci dəfə valideyn olub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Bleyk hazırda Nyu-Yorkda xəstəxanadadır. Onu ilk ziyarət edən rəfiqəsi Teylor Svift olub.

Media nümayəndələri uşağın cinsiyyəti və adı ilə bağlı heç bir məlumat əldə edə bilməyib.

2012-ci ildə ailə quran Bleyk və Rayan cütlüyünün bir qız övladı da var.