Arzu Babayeva adlı 13 yaşlı qız anadangəlmə eşitmə və nitq qüsurludur.

Axşam.az-ın məlumatına görə, Arzunun heç kimin bacara bilmədiyi qeyri-adi toxuma tərzi var. O, peşəkar toxucular kimi heç bir mildən istifadə etmir. Balaca qız əlvan saplardan əl barmaqları ilə geyim və bəzək əşyaları toxuyur.

Xatırladaq ki, ölkənin ilk uşaq xəbər proqramı olan “Xəbərdar ol” həftə içi 5 gün saat 18:00-da “ARB Günəş”- in efirində aparıcı Rahim Qafarlının təqdimatında yayımlanır.