Hərbi ehtiram göstərilən şəxslərin dəfn mərasiminin təşkilinin məbləği müəyyənləşdirilib

Hərbi ehtiram göstərilən şəxslərin dəfn mərasiminin təşkilinin məbləği müəyyənləşdirilib
03:52 2 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, qərarı Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilsin.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsinə əsasən hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) tərəfindən yaşadığı yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlilərin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə (müəssisə, idarə və təşkilat) komandirinin (rəisinin) əmri;  ehtiyatda və istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim edilməlidir.
3. 2.1-ci və 2.2-ci yarımbəndlərdə göstərilən sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi hissə (müəssisə, idarə və təşkilatı), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri tərəfindən verilir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib, 3 (üç) iş günü müddətində müvafiq vəsaitin nağdsız hesablaşma yolu ilə ödənilməsini təmin edir.
5. Müəyyən edilsin ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07

50 ölkə ombudsmanı Ərdoğana Nobel istədi

26 Sentyabr 2017 18:03

"Səbail" rumıniyalı futbolçu ilə müqavilə bağlayıb

26 Sentyabr 2017 18:02

Salyana 3 milyon manat ayrıldı

26 Sentyabr 2017 17:59

Prezident onları təltif etdi

26 Sentyabr 2017 17:58

Tofiq Sarıcalinski 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

26 Sentyabr 2017 17:57

ADB Azərbaycan üçün inflyasiya proqnozunu artırıb

26 Sentyabr 2017 17:57

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib

26 Sentyabr 2017 17:57

Azərbaycanlı tələbələrdən ibarət komanda Moskvada uğurla çıxış edib

26 Sentyabr 2017 17:52

İki nəfərə “Əməkdar artist” fəxri adı verilib

26 Sentyabr 2017 17:52

"Mən onu işdən çıxarmamışam"

26 Sentyabr 2017 17:52

Prezident Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

26 Sentyabr 2017 17:47

Ərdoğandan sərt açıqlama

26 Sentyabr 2017 17:46

""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov

26 Sentyabr 2017 17:39

ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI

26 Sentyabr 2017 17:38

Rus generalın ölümü barədə ŞOK İDDİA - VİDEO

26 Sentyabr 2017 17:33

Qurban Qurbanov: "Roma"nı çox da tərifləmək istəmirəm"

26 Sentyabr 2017 17:32

"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasında oynamaqdan böyük qürur duyuram"

26 Sentyabr 2017 17:32

Çin və Azərbaycan baytarlıq sahəsində müqavilə imzalayıblar

26 Sentyabr 2017 17:32

"Qarabağ" - "Roma" oyununda yağış yağacaq

26 Sentyabr 2017 17:32

Türkiyənin müdafiə naziri sabah Azərbaycana gəlir

26 Sentyabr 2017 17:29

"Qarabağ"ı evində yenən olmayıb! - RƏQƏMLƏR VƏ FAKTLAR

26 Sentyabr 2017 17:27

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

26 Sentyabr 2017 17:27

Azər Xəlilov: “ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb"

26 Sentyabr 2017 17:23

Gürcüstan parlamenti yenilənmiş konstitusiyanı təsdiq edib

26 Sentyabr 2017 17:22

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 17:22

ATV-də dəyişiklik başladı: məşhur verilişlər bağlandı, iki tanınmış aparıcı işdən getdi

26 Sentyabr 2017 17:19

Dollar ucuzlaşır - MƏZƏNNƏ

26 Sentyabr 2017 17:18

Daş dövrünə canlı şahidlik etmək istəyirsinizsə...

26 Sentyabr 2017 17:18

"Qarabağ" klubu qırmızı vərəqə alan futbolçusunu cəzalandırıb

26 Sentyabr 2017 17:17

Sentyabrın 27-nə manatın məzənnəsi

26 Sentyabr 2017 17:16

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3,5 dəfə üstələyib

26 Sentyabr 2017 17:12

Toqquşma başlayır, qonşularımız döyüşə girir - Türkiyəli politoloq MÜHARİBƏ PLANINI AÇDI

26 Sentyabr 2017 17:08

Fatih Terim İran klubundan təklif alıb

26 Sentyabr 2017 17:07

Mübariz Qurbanlı: “Allahşükür Paşazadə haqqında bu cür yazıların dərc olunması yolverilməzdir”

26 Sentyabr 2017 17:07

"Azər Zahid və Turan İbrahimova kanalda ehtiyac yoxdur"

26 Sentyabr 2017 17:07