Yeni dünya çempionu müəyyənləşdi - Argentina

Yeni dünya çempionu müəyyənləşdi -   Argentina
12:57 2 Oktyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı sona çatıb. Fanat.Az xəbər verir ki, mötəbər turnirin ilk mükafatçısı İran olub.

 

Belə ki, 3-cü yer uğrunda matçda İran Portuqaliya ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunun qalibi pelanti seriyasında müəyyənləşib və İran lotereyanı qazanıb.


Bu matçdan sonra isə mundialın final oyunu keçirilib. Kolumbiyanın Kali şəhərinin “Kolesio El Pueblo” arenasında baş tutan həlledici qarşılaşmada Rusiya yığması Argentina ilə oynayıb. Möhtəşəm idman mübarizəsi şəraitində keçən görüşdə azarkeşlər düz 9 qola şahidlik ediblər. Hər iki tərəfin də zaman-zaman önə keçdiyi matçın yekununda Argentina yığması 5:4 hesablı qələbəyə sevinib və dünya çempionu olub.

 

Dünya çempionatı

3-cü yer uğrunda

 

İran - Portuqaliya 2:2 (pen. - 4:3)

Qollar: Kazemi, 26. Cavid, 36 – Kardinal, 21; 22.

 

Final

Rusiya - Argentina 4:5

Qollar: Eder Lima, 16; 22; 40. Liskov, 39 - Vaporaki, 16; 39. Kuzzolino, 20. Brandi, 22; 23.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR