Roma Papası: "Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil"

Roma Papası: "Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil"
15:47 2 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəlkə də kimsə fikirləşir ki, "Roma Papası uzaq bir yerdən bura gəlir, vaxt itirir. Ölkədə 600-700 nəfər imanlı yaşayır və bura gəlməsi üçün çox pul xərcləyir".

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Roma Papası Fransisk Bakıdakı Katolik kilsəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, lakin Azərbaycan təkmillətli, təkkonfessiyalı cəmiyyət deyil:

"Siz burada ingiliscə, rusca, italyanca, ispanca, azərbaycanca danışırsınız. Bəlkə də demək olar ki, siz burada yalnız kilsənin qırağında qalırsınız. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. O Ruh göydən balaca bir Yerusəlim şəhərinə endi. O cəmiyyət həmişə qorxurdu, həmişə fikirləşirdi ki, biz indi qıraqda qaldıq, heç kim bizə fikir vermir, bəziləri bizi təqib edirlər və ona görə qabağa getməyə qorxurlar. O otağın qapıları qorxuya və utandığına görə bağlı idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. Sadəcə, iki şey çox vacibdir: heç vaxt Məryəm ananı unutmamaq, qorxmadan irəli getmək!"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR