Prezident: "Qarabğağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

Prezident: "Qarabğağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"
17:19 2 Oktyabr 2016
108 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yanaşırlar".

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə çıxış edən prezidentİlham Əliyev deyib.

 

Prezident İlham Əliyev deyib ki, savadlılıq radikalizmə, nadanlığa qarşı əsas maneədir və Azərbaycanda savadlılıq 100 faizdir: "Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda bir müasir ölkəyik. Əfsuslar olsun ki, 1990-cı ildə Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. 10 ölkə bu soyqırımını tanıyıb. ATƏT regiona iki dəfə faktaraşdırıcı missiya göndərib. Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir. Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik. Ona görə də təsadüfi deyil ki, Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıyırlar".

 

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Bu münaqişədən xalqımız böyük əziyyət çəkir. Münaqişə dövründə əhalisi 8 milyon nəfər olan Azərbaycanın əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan 25 ildə şərəfli yol keçib. Bir neçə il əvvəl Azərbaycan BMTTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR