Yay Paralimpiya Oyunlarının açılışında Rusiya bayrağı daşıyan belarusluya Moskvada mənzil hədiyyə ediləcək

Yay Paralimpiya Oyunlarının açılışında Rusiya bayrağı daşıyan belarusluya Moskvada mənzil hədiyyə ediləcək
09:57 3 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının Açılış mərasimində Rusiya bayrağı daşıyan Belarusun Gənclər və İdman Nazirliyinin əməkdaşı Andrey Fomoçkinə Moskvada mənzil hədiyyə ediləcək.
"Report"un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkədə yazıb.
M.Zaxarova bildirib ki, ona bir tanışı müraciət edərək, tanışını dinləməyi xahiş edib. Həmin şəxs tanışının Fomoçkinin hərəkətindən qürur duyduğunu və belaruslu məmura mənzil bağışlamağa qərar verdiyini bildirib: "Tanışım məndən vasitəçilik etməyi xahiş etdi. Hər şeyi açıqlamayacağam. Yalnız onu deyə bilərəm ki, hazır binada əməlli-başlı mənzildir. Mən özüm də yoxlamışam. Həmin şəxsin adını və belaruslu qəhrəmanın buna necə reaksiya verdiyini tezliklə biləcəksiniz".
Fomoçkin sentyabrın 8-də "Marakana" stadionunda keçirilmiş Açılış mərasiminə Rusiya bayrağı ilə çıxaraq, meydanın 1/4 hissəsini dolaşıb. Bundan sonra bayraq onun əlindən alınıb. Bu addımı siyasi etiraz hesab edən Beynəlxalq Paralimpiya Komitəsi Fomoçkinin Oyunların akreditasiyasından məhrum edib.
Qeyd edək ki, Rusiya paralimpiyaçıları dopinq fırıldaqlarında iştirak etmələri şübhəsi ilə 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarından kənarlaşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/olimpiada-2016/yay-paralimpiya-oyunlarinin-acilisinda-rusiya-bayragi-dasiyan-belarusluya-moskvada-menzil-hediyye-ed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR