Madrid “Real”ının sabiq futbolçusu Quti Hernandez “Barselona”nı ələ salıb. Fanat.Az xəbər verir ki, İspaniya La Liqasının VII turunda öncə “Real” evdə “Eybar”a qalib gələ bilməyib (1:1). Ardınca isə “Barselona” “Selta”ya uduzub (3:4).
“Real”ın büdrəməsindən sonra “Kral klubu”na söz atan katalonlu azarkeşlərə cavab olaraq, Quti şəxsi “twitter” səhifəsində belə yazıb: “Bir xal qazanmaq münasibət ilə təbriklərinizə görə çox sağ olun. Təəssüf ki, eyni sözü sizə deyə bilmirəm”.
Fanat.Az