YARAT Müasir İncəsənət Məkanı "Zamanın izləri" adlı səyyar sərgini Mingəçevir şəhərində təqdim edir

YARAT Müasir İncəsənət Məkanı "Zamanın izləri" adlı səyyar sərgini Mingəçevir şəhərində təqdim edir
15:42 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

YARAT Müasir İncəsənət Məkanı "Zamanın izləri" adlı səyyar sərgini YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasından olan əsərlər ilə təqdim edir.

Sərgi 5 oktyabr - 10 dekabr 2016-cı il tarixlərində keçiriləcək.

Ünvan: Mingəçevir Dövlət Rəsm Qalereyası (Mingəçevir şəhəri, Səməd Vurğun küç. 22)
Açılış: 5 Oktyabr, 12:00
Giriş sərbəstdir

"Zamanın izləri" adlı sərgi film və fotoqrafiya üzrə çalışan yerli və regionlarda yaşayan müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir.

Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Sənan Ələsgərovun "Sadəliyin şəffaflığı" adlı əsərlər silsiləsi yarımşəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernışovanın "Ekranlar" adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur. Fərid Rəsulov "Ətalət" adlı video əsərində Qurban bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırmışdır. Lakin hadisələr videoda əks dövriyyədə cərəyan edir və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşir. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir.

Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun "Rəngi xatırlayaraq" fotosilsiləsi, rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır. Oxşar sıxışma hissi Koka Ramişvilinin "Çay, qəhvə və süd" videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyyələrdə ilişmiş mayeləri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq Post Sovet Gürcüstanının reallıqlarının proqresin onun məqsədindən vaz keçməsi kimi görünür. Nilbar Güreşin "Qapısı açıq telefon köşkü" silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xətlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu qeyd edir. Zamir Süleymanovun "Qərar videosu" islamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır. Nevin Aladağın "Beşdaş oyunu" rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir. Rəşad Ələkbərovun "Şəbəkə" əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan Memarlığının əsas özəlliklərindən birini araşdırır. O, Azərbaycan mədəniyyətini qeyri-şərtsiz müəyyən edən incilərdən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır. Həbib Səhərin "Küləklə yazılmışlar" əsəri zamanın axışını və bizim bu dünyadakı rolumuzu simvolizə edir. Necə ki, Yer səthində heç bir şey əbədi qalmır, bizim də yaratdığımız hər şey zamanla yox olub gedəcək.

Ünvan: Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi 22
Telefon +994 242743929
Sərginin iş günləri: Bazar ertəsi - Şənbə
Sərginin iş saatları: 09:00 - 18:00 (13:00 - 14:00 fasilə).

Ətraflı məlumat üçün:
Hökümə Kərimova
Tel: +994 50 274 67 44
Email: hokuma.k@yarat.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/475608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR