Saçlarınız tez yağlanırsa, bunu əsla etməyin! - FOTOLAR

Saçlarınız tez yağlanırsa, bunu əsla etməyin! -  FOTOLAR
18:48 3 Oktyabr 2016
295 Digər
Ölkə mətbuatı
A- A+

Saçların tez yağlanması bir çox qızları narahat edən məsələdir.

Publika.az-ın gözəllik bölməsi bu problemin bir neçə çıxış yolunu təklif edib.

Çox toxunmayın

Çabuk yağlanan saçlar için öneriler

Saçları çox daramaq və toxunmaq saçların yağlanması ilə nəticələnir. Saçlarla oynayanda əllərin təri, piy və kirlər saçlara hopur. Saçları tez-tez daramaq da yağ istehsalını artırır.

Qaynar su istifadə etməyin

Çabuk yağlanan saçlar için öneriler

İsti su saç dərisini qurudaraq yağ istehsalına səbəb olur. Odur ki, saçınızı yuyanda suyun isti olmamasına diqqət edin. Suyun normal temperaturu ilıq olmalıdır.

Kremli şampunlardan uzaq olun

Çabuk yağlanan saçlar için öneriler

Düzgün şampunu seçmək hər bir saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçlara sahib olan xanımlar da saçların tez yağlanmasının qarşısını almaq üçün kremli şampunlardan istifadə etməyin. Eyni zamanda saçları yaxşıca yaxalayın. Yaxşı yaxalanmayan saçlar da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edin.

Saçlarınızı tez-tez düzləşdirməyin

Çabuk yağlanan saçlar için öneriler

Fen istifadəsi və temperatur da yağ istehsalını artırır. Odur ki, saçlarınızı tez-tez düzləşdirməyin.

Qidalanmaya diqqət edin

Çabuk yağlanan saçlar için öneriler

Hədsiz yağ istehsalına səbəb olan və dərini yağlandıran yeməklərdən uzaq durun. Yağlı dəri həm də yağlı saçlar deməkdir. Saçları tez yağlanan insanlar xüsusilə fast-food qidalarından uzaq durmalıdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/170765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR