DİN Şamaxıda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

DİN Şamaxıda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb
13:18 5 Yanvar 2015
262 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/

Şamaxı rayonunun Acıdərə kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də saat 15 radələrində Şamaxı rayonunun Acıdərə kəndində Sabirabad rayon sakini Vaqif Ağayev idarə etdiyi "Hovo" markalı yük avtomobilini Ağsu rayon sakini Elmin Əiyevin idarə etdiyi "Mercedes" markalı avtomobilin üzərinə aşırmış, sonradan sürüşərək qarşıdan gələn Bakı şəhər sakini Zöhrab Abbasovun idarə etdiyi "Mercedes" markalı avtomobilə vurub.

Nəticədə E.Əliyev və sərnişinləri - Bakı şəhər sakinləri Azər Abbasov, Əntiqə Əiyeva və Fərid Əliyev, habelə V.Ağayev və sərnişini - paytaxt sakini Vaqif Baxşəliyev hadisə yerində ölüb, Z.Abbasovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR