Əfqanıstanda 25 "talibançı" məhv edilib

Əfqanıstanda 25 "talibançı" məhv edilib
09:02 4 Oktyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Əfqanıstanın güc strukturları "Taliban" qruplaşmasının 25 silahlısını məhv edib.
"Report"un məlumatına görə, bu barədə "Tolo" telekanalı xəbər yayıb.
Məlumata görə, terrorçular ölkənin şimalındakı Qunduz şəhərində hökumət qüvvələri ilə baş vermiş atışmada öldürülüblər.
"Qunduz polisinin şefi, general Qasim Canqalbah bildirib ki, şəhərdə təhlükəsizlik qüvvələri ilə baş vermiş atışmada 25 "talibançı" məhv ediolib" – deyə telekanal "Twitter"-də məlumat yayıb.
Bəzi ərazilərdə döyüşlərin davam etdiyi bildirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR