"Sent-Etyen"in hücumçusu "Qəbələ"yə qarşı oynamayacaq

"Sent-Etyen"in hücumçusu "Qəbələ"yə qarşı oynamayacaq
10:27 4 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı hücumçusu Romen Amuma zədələnib. 

O, dünən "Lion"a qarşı keçirilən görüşdə sol budundan xəsarət alıb. Müayinədən sonra məlum olub ki, Amumanın zədəsi ciddidir. 

"Sent-Etyen"in aparıcı üzvü 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Amuma "Qəbələ"yə qarşı keçiriləcək matçlarda meydana çıxa bilməyəcək.

Xatırladaq ki, "Qəbələ" "Sent-Etyen"lə səfərdə oktyabrın 20-də, evdə isə noyabrın 3-də qarşılaşacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR