İŞİD liderini kim zəhərlədi? - FOTO

İŞİD liderini kim zəhərlədi? - FOTO
11:47 4 Oktyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbubəkir əl Bağdadini üç əlaltısı ilə birlikdə zəhərləyiblər.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, onların yeməklərinə zəhər qatıblar. İnsident İraqın Nineviya vilayətində, Mosul şəhərinin yaxınlığındakı Beəc şəhərində yaşanıb.

Yeməyi yeyəndən sonra halları pisləşən Bağdadi və üç komandirə təcili tibbi yardım göstərilib.

İŞİD-in əks-kəşfiyyat xidməti yeməyə zəhər qatanları axtarır.

Bağdadinin yeməkləri çox ciddi yoxlamadan sonra ona verildiyindən zəhər qatanın buna necə nail olduğunu müəyyənləşdirmək istəyən terrorçular şübhəli saydıqları hər kəsi tuturlar.

Vəziyyəti ağır olan Əbubəkr əl Bağdadinin haraya aparıldığı bəlli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/475795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR