Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Dəvəli Vahab Hüseyn oğlu

Kərimov Qüdrət Osman oğlu

Məhərrəmov Möhübbət Fərman oğlu

Məmmədov Şahin İdris oğlu

Şirməmmədov Namis Xanmirzə oğlu".

Milli.Az