Sumqayıtın inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər

Sumqayıtın inkişafında xidmətləri olan şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər
15:42 4 Oktyabr 2016
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Dəvəli Vahab Hüseyn oğlu
Kərimov Qüdrət Osman oğlu
Məhərrəmov Möhübbət Fərman oğlu
Məmmədov Şahin İdris oğlu
Şirməmmədov Namis Xanmirzə oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Sumqayıt şəhərinin iqtisadi inkişafında xidmətlərinə görə Müzəffər Qəzənfər oğlu Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR