IMF Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb

IMF Azərbaycan üçün inflyasiya proqnozunu azaldıb
10:27 5 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanla bağlı bəzi proqnozlarına dəyişiklik edib. “Report” xəbər verir ki, bu barədə Fondun 2016-cı il üçün hazırladığı yeni proqnozlarda məlumat verilib.
Yeni, oktyabr icmalına əsasən, Fond bu il üçün Azərbaycanda real ÜDM-in dinamikasını mənfi 3%-dən mənfi 2,4%-ə endirib. Gələn il isə bu göstəricinin 1,4% artacağı gözlənilir. Əlavə edək ki, aprel icmalında 2017-ci il üçün ÜDM-in artım proqnozu 1% göstərilmişdir.
IMF, həmçinin Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu dəyişib. Belə ki, Fond Azərbaycanda bu il istehlak qiymətlərinin 10,2% civarında artacağını proqnozlaşdırır. Qeyd edək ki, aprel proqnozunda bu rəqəm 12,8% olub.
IMF 2017-ci il üçün inflyasiya proqnozu isə apreldəki 9,5%-dən 8,5%-ə salıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/imf-azerbaycan-ucun-inflyasiya-proqnozunu-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR