Göygöldə başına avtomobilin dəmir parçası düşən usta ölüb

Göygöldə başına avtomobilin dəmir parçası düşən usta ölüb
11:42 5 Oktyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda başından aldığı zərbədən xəstəxanaya yerləşdirilən usta orada dünyasını dəyişib.
“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Balçılı kəndində rayon sakini İlham Həsənov “MAZ” markalı avtomobilinin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası baş nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən İ.Həsənov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/goygolde-basina-avtomobilin-demir-parcasi-dusen-usta-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR