50 yaşlı aktyor xərçəngə necə qalib gəldi?

50 yaşlı aktyor xərçəngə necə qalib gəldi?
11:51 5 Oktyabr 2016
100 Şou
Ölkə mətbuatı
A- A+

50 yaşlı aktyor Ben Stiller iki il əvvəl prostat xərçəngindən müalicə alaraq xilas olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu yaxınlarda müsahibələrdən birində gənclərə xəstəlik barədə xəbərdarlıq edərək deyib:

"2014-cü ilin iyununda mənə prostat xərçəngi diaqnozu qoyulub. Sentyabrda isə müayinələr zamanı məlum oldu ki, xərçəng tədricən azalıb. Həmin üçün sürətli qatarla səyahət kimi idi. Xəstəliyi araşdıranda başa düşdüm ki, dünyanın sonu deyil. Xəstəliyimin erkən mərhələsində xərçəng olduğum bəlli olmuşdu. 

Amerika Xərçəng Dərnəyinin dediyi kimi 50 yaşıma kimi gözləsəydim, bu gün iki ildir böyüyən və sağalması çətin olan xərçənglə yaşamalı idim. Müayinələr edərək vaxtında qarşısını ala bildim. Ailəmizdə xərçəng yoxdur, yüksək risk qrupunda da deyiləm və xəstəliyin heç bir simptomu da yox idi. Bundan sonra artıq müayinələrimi vaxtında, tez-tez edəcəyəm".

Stiller qeyd edib ki, ABŞ-da bir il içində 180 min xəstəyə prostat xərçəngi diaqnozu qoyulur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58733

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR