Rusiyada korrupsiyaya ən çox qurşanmış sahələr açıqlanıb

Rusiyada korrupsiyaya ən çox qurşanmış sahələr açıqlanıb
16:27 5 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno Rəyasət Heyətinin Korrupsiya qarşı mübarizə Şurasının iclasını keçirib.
"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas zamanı Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev ölkədə ən çox korrupsiyaya qurşanmış sahələrin adlarını çəkib.
V.Kolokoltsevin sözlərinə görə, əmtəələrin satınalınması, dövlət və bələdiyyə ehtiyacları üçün xidmətlər, tikinti (o cümlədən yaşayış məqsədilə), avtomobil yollarının saxlanılması, səhiyyə, təhsil, elm və mədəniyyət sahələri daha çox korrupsiyalaşıb.
Görüşdə DİN başçısı daxili işlər orqanlarının xərclərdən sui-istifadə və büdcə vəsaitlərinin mənimsənilməsi ilə mübarizədə gördüyü işlər haqqında danışıb. Bundan əlavə, iclas iştirakçıları korrupsiyanın qarşısının alınması sisteminin təkmilləşdirilməsi yollarını müzakirə ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR