"Fənərbaxça" hərbi rejimə keçdi, qadağalar qoyuldu

"Fənərbaxça" hərbi rejimə keçdi, qadağalar qoyuldu
17:47 5 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün əvvəlindən ardıcıl uğursuzluqlarla üzləşən "Fənərbaxça"da yeni dönəm başlayır.


Fanat.Az xəbər verir ki, nəticələrdən narazı olan klub prezidenti Əziz Yıldırım radikal addımlar atmaq qərarına gəlib. Belə ki, prezident klubda bəzi qadağalar tətbiq edib. Təxminən bir aydı ki, "Fənərbaxça"lı idmançıların həyat yoldaşlarının, analarının, atalarının və yaxın ətrafının klubin içinə girdiyi və ortaq istifadə yerlərində dolaşdığı günlər artıq geridə qalıb. 


Rəhbərlik tətbiq etdiyi qadağa ilə idmançıların və texniki heyətin yaxınarı ilə klubda görüşməsini əngəlləyib. Samandrada yerləşən klubun bazasının hərbi rejimdəki kimi qapısına gələn bütün qonaqlar şəxsiyyət vəsiqəsindəki bilgilərlə birlikdə qeydiyyata alındıqdan sonra görüşmələr həyata keçir. Bu da nacaq dəmir qapının yerləşdiyi nöqtədə. 


Təxminən bir aydı qoyulan bu qadağa başlanğıcda narazılıqlara səbəb olsa da yavaş-yavaş normal qəbul olunmağa başlayır. Ayrıca təsadüfə baxın ki, Samandradakı bazanın qarşısında hərbi hissə fəaliyyət göstərir. 


Fanat.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR