Putin yenə Ərdoğanla telefonda danışdı

Putin yenə Ərdoğanla telefonda danışdı
21:42 5 Oktyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında növbəti telefon danışığı olub.

Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, telefon söhbəti zamanı V.Putin iqtisadi-ticari əlaqələrin bərpa olunmasında, "Akkuyu" AES və "Türk axını" layihələrinin realizəsində Rusiyanın maraqlı olduğunu ifadə edib.

Kremlin mətbuat xidmətinin məlumatında telefon söhbəti zamanı həmçinin Suriya probleminin də müzakirə olunduğu bildirilir.

Telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR