İşlədiyi kollecin noutbuklarını oğurladı - FOTO

İşlədiyi kollecin noutbuklarını oğurladı - FOTO
15:42 6 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az report-a istinadən bildirir ki, məlum olub ki, H.Abdullayev sözügedən kollecdə işləyib və işlədiyi dövr ərzində kollecin saxlanc yerinin açarlarını qanunsuz olaraq əldə edib. Bundan sonra o, saxlanc yerindən müxtəlif vaxtlarda oğurluq edib. Oğurladığı noutbuk və digər kompüter avadanlıqlarını Bakının müxtəlif ticarət mərkəzlərində satıb.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları H.Abdullayevin digər cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Nərimanov RPİ-yə və ya 18-ci Polis Bölməsinə müraciət edə bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR