Üstünə televizor düşən 2 yaşlı uşaq öldü

Üstünə televizor düşən 2 yaşlı uşaq öldü
13:46 5 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 3-də Ağcabədi şəhərində olub.

Orada yaşayan 2 yaşlı Rəşid Haqverdiyevin üzərinə televizor düşüb. Ağır yaralanan uşaq xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR