Azərbaycan Prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sənəd imzalayıb

Azərbaycan Prezidenti gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sənəd imzalayıb
18:52 6 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.
"Report"un verdiyi xəbərə görə, dövlət başçısı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıb ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR