"Neftçi"nin müdafiəçisi İsrailə qarşı oynadı

"Neftçi"nin müdafiəçisi İsrailə qarşı oynadı
10:12 7 Oktyabr 2016
25 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin futbolçusu Vançe Şikov Makedoniya millisinin heyətində növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçinin komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsraili qəbul edib.

Start heyətində meydana daxil olan Şikov 51 dəqiqə mübarizə aparıb. Qarşılaşmanın ilk hissəsində qonaqlar 2 cavabsız qol vurduqlarından, ikinci hissənin əvvəllərində baş məşqçi İqor Angelovski onu hücumçu Besart İbraimi ilə əvəzləyib. Bundan sonra Makedoniya yığması qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb - 1:2.
 
G qrupunda ardıcıl ikinci məğlubiyyətini alan makedoniyalılar Lixtenşteynlə birlikdə son sıraları bölüşürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR