Özünü yandıran şəxslə bağlı sensasion XƏBƏR - 43 min cəriməsi var

Özünü yandıran şəxslə bağlı sensasion XƏBƏR - 43 min cəriməsi var
10:33 7 Oktyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün özünü Sumqayıtda yandıran, Qarabağ müharibəsi iştirakçısı olduğu deyilən Cəmil Məmmədovla bağlı sensasion məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya həmin şəxsin törətdiyi əməllərlə bağlı açıqlama verib. O bildirib ki, C. Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil:

“Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi "NazLifan" markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. Hətta qəzalar nəticəsində ayağının biri amputasiya olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.

DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən oktyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR