Türkiyənin məşhur aktrisası Beren Saat nənəsinin doğum gününü qeyd edib.
Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, əri Kenan Doğulu ilə məkandan çıxarkən görüntülənən aktrisa: "Nənəmin ad gününə görə yığışmışdıq, əyləndik", - deyib.
O, yeni mövsümdə hansısa layihədə yer alacağı barədə sualları da cavablandırıb.
"Çox təkliflər gəlir, amma həssas yanaşıram. Karyerama pis təsir edəcək bir obrazı qəbul etmərəm".
Milli.Az