Əli Rəsul Usul: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir"

Əli Rəsul Usul: "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir"
15:47 7 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılması həm də Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacibdir".
"Report" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Rəsul Usul Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi Respublikanın müstəqilliyin 25 illiyinə həsr olunmuş konfransın suallar-cavablar sessiyasında deyib.
"Rusiya və Türkiyəyə qarşı həll edilməmiş məsələlərlə bağlı suallar var. Buna baxmayaraq, münasibətlərimizdə inkişaf var. Çünki ölkələrin bir-birinə ehtiyacı var" - Əli Rəsul Usul bildirib.
O vurğulayıb ki, Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlər pisləşsə də, diplomatik əlaqələr davam etdirilib.
"Bu gün Suriya, Krım və Donbass məsələlərində mövqelərimiz üst-üstə düşmür", - deyə mərkəz rəhbəri söyləyib.

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/eli-resul-usul-rusiya-turkiye-munasibetlerinin-yaxsilasdirilmasi-dagliq-qarabag-munaqisesinin-hell

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR