Prezident: "Biz özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik"

Prezident: "Biz özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik"
17:32 7 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. İlk növbədə, onu deməliyəm ki, referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmişdir. Yüzdən çox xarici müşahidəçi referendumu izləmişdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçirmişlər: "Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür. Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olmuşdur. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapmışdır".

İlham Əliyev vurğulayıb ki, müşahidə aparan beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri referenduma çox yüksək qiymət vermişlər: "Bunun da çox böyük əhəmiyyəti var. Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər.

Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm. Çünki təklif olunan dəyişikliklər biz tərəfdən irəli sürüldü və Azərbaycan xalqı, onun böyük əksəriyyəti bu referenduma "Hə" dedi. Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi.

Əlbəttə, onsuz da, mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur. Alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda "Hə" dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Səudiyyə kralından tarixi qərar

27 Sentyabr 2017 01:30

NASA-nı düşündürən hadisə - Kosmik gəmi parçalanır

27 Sentyabr 2017 01:28

Səudiyyədə qadınlar da maşın sürəcək

27 Sentyabr 2017 01:24

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 Sentyabr 2017 01:08

Yaponiya hökuməti “Fukusima-1” AES-in sökülməsinin əsas mərhələsini təxirə salıb

27 Sentyabr 2017 01:08

Futbol üzrə Çempionlar Liqasında II tura start verilib

27 Sentyabr 2017 01:02

Çempionlar Liqasında gecənin nəticələri

27 Sentyabr 2017 00:58

Amerika gələn il təqribən 45 min qaçqın qəbul edəcək

27 Sentyabr 2017 00:52

ABŞ Çavuşoğlunun İraqa dair bəyanatını təhdidedici adlandırdı

27 Sentyabr 2017 00:49

İsrail əsgərləri hücuma məruz qaldı -

27 Sentyabr 2017 00:46

Dünyanı ələ alan dilənçilik ABŞ-dan başladı - "Çirkinlər Qanunu"

27 Sentyabr 2017 00:38

Çavuşoğlu: "Ankara İraqın ərazi bütövlüyünü qoruyacaq"

27 Sentyabr 2017 00:29

Pakistanın keçmiş baş naziri korrupsiya qalmaqalı ilə bağlı ifadə verib

27 Sentyabr 2017 00:28

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28