Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi

Azərbaycan Ümumdünya Poçt İttifaqının ali orqanına üzv seçildi
19:35 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Türkiyədə keçirilən 26-cı Konqresi (İstanbul, 19 sentyabr – 7 oktyabr, 2016-cı il) bu gün sona çatıb.
 
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının İstanbulda keçirilən 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında iştirak edib.
 
Konqresin nəticələri Azərbaycan üçün uğurlu olub. ÜPİ-nin 2 ali orqanından biri olan Poçt Əməliyyatları Şurasına Azərbaycanın da namizədliyi verilib və ölkəmiz Şuraya üzv seçilib.
 
Eyni zamanda Konqresdə Azərbaycan Poçt Administrasiyası adından edilən 21 təklifin əksəriyyəti qəbul olunub, bir neçəsi sonrakı müzakirələr üçün təşkilatın növbəti ildə keçiriləcək sessiyasına göndərilib.
 
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Nazirlər Konfransının “Ticarətin təşviqində poçtun rolu” mövzusunda sessiyada çıxış edərək Azərbaycanda poçt sektorunda aparılan islahatlar, elektron ticarətin təşviqi və poçt sektorunda maliyyə xidmətlərinin inkişafı ilə bağlı rellaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
 
Nazirlər Konfrası çərçivəsində  Ramin Quluzadə ilə Türkiyə Respublikasının Ümumdünya Poçt İttifaqının Baş direktoru cənab Bişar Hüseyn, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və rabitə naziri cənab Əhməd Arslan, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri cənab Mahmud Vaezi, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini cənab Rəşid İsmayılovla ikitərəfli görüşlər keçirilib.
 
Görüşlərdə  telekommuikasiya, poçt, peyk rabitəsi, yüksək texnologiyalar, genişzolaqlı internet sahələrində birgə əməkdaşlığa dair müzakirələr və fikir mübadilərsi aparılıb.
 
Azərbaycan nümayəndə heyəti tərəfindən Ümumdünya Poçt İttifaqının İstanbul (2016) Konqresində Azərbaycan Respublikasının adından bəyanat verilib. Bəyanat İttifaqın Baş Katibi Bişar A.Huseyn tərəfindən təsdiq olunan “Aktların imzası üzrə bəyannamələr” rəsmi sənədinə daxil edilib.
 
Bəyanatın mətni:
 
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının tam hüquqlu üzv-ölkələrindən biridir və beynəlxalq səviyyədə tanınmış ölkə ərazisində Ümumdünya Poçt Konvensiyası və digər beynəlxalq hüquqi Aktlar çərçivəsində poçt xidmətlərini həyata keçirmək hüququna malikdir. Lakin, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 %-i, o cümlədən Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Nəticədə işğal altındakı ərazidə  poçt xidmətlərinin göstərilməsində çətinliklər yaranmışdır.
 
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal, tamamilə və qeyd-şərtsiz erməni işğalçı qüvvələrindən azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (30 aprel, 1993), 853 (29 iyun, 1993), 874 (14 oktyabr, 1993) və 884 (12 noyabr, 1993) saylı qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməmiş qalır.
 
İşğal nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən poçt sahəsinə külli miqdarda ziyan dəymişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrupu tərəfindən hesablamalar aparılır.
 
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsinə dair 8-ci maddənin müddəalarını yerinə yetirmək mümkün olmur və həmin ərazilərdə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” adlanan qanunsuz rejim adından poçt markalarının buraxılması, həmçinin Ümumdünya Poçt İttifaqının Nizamnaməsinin 23-cü maddəsinə zidd olaraq qanunsuz poçt əməliyyatlarının həyata keçirilməsi halları davam edir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası bir daha bəyan edir ki, Azərbaycan Respublikasının Hökuməti Ümumdünya Poçt İttifaqının müvafiq qaydaları əsasında Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış bütün ərazisində, o cümlədən işğal altındakı ərazilərdə belə, poçt markalarının dövriyyəyə buraxılması, poçt əməliyyatlarının həyata keçirilməsi üçün yeganə qanuni strukturdur. Azərbaycan Respublikasının Hökumətinin icazəsi olmadan işğal edilmiş ərazilərdə hər hansı poçt əməliyyatları həyata keçirilə bilməz və belə hallar Azərbaycan Respublikasının milli qanunvericiliyinə, eləcə də bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına ziddir və heç bir hüquqi qüvvəyə malik deyildir.
 
Təəssüflə bildiririk ki, Ermənistan Respublikası tərəfındən işğal olunmuş ərazilərdə “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarının həyata keçirilməsi həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək mümkün deyildir.
 
Azərbaycan Respublikası “Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolu”nun müddəalarından irəli gələn hüquq və öhdəlikləri Ermənistan Respublikasına münasibətdə tətbiq etməmək hüququnu özündə saxlayır.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08