“Facebook”da silah və narkotik satılmasına başlanıb

“Facebook”da silah və narkotik satılmasına başlanıb
08:32 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Facebook Marketplace" ticarət meydançasına narkotik vasitələr və odlu silah satışı ilə bağlı elanlar yerləşdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu elanlara "Quartz" nəşri diqqət çəkib.

Narkotiklər və müxtəlif tüfəng və tapançalardan başqa, "Facebook Marketplace"də ilan, kirpi və digər vəhşi heyvanların satılması ilə bağlı elanlar yerləşdirilib. Halbuki ticarət meydançasının qanunlarına görə, burada narkotik, silah, tütün, alkoqol və heyvan satmaq qəti qadağandır.

"Biz problemin həlli üzərində çalışırıq və sistemə diqqətlə nəzarət edəcəyik. Yalnız bu yolla nə qədər ki, çoxlu sayda insan "Facebook Marketplace"ə çıxış əldə etməyib, pozuntuların müəyyən edilməsi və aradan qaldırılmasını təmin etmək mümkündür", - deyə "Facebook" şirkətinin məhsullar üzrə direktoru Meri Kyu bildirib.
 
Qeyd edək ki, "Facebook" bir qədər əvvəl "Marketplace" ticarət meydançasını istifadəçilərə təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/476807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR