Suriyadan daha 100 erməni noyabrın sonunadək Ermənistana köçəcək

Suriyadan daha 100 erməni noyabrın sonunadək Ermənistana köçəcək
11:32 8 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Suriyadan daha 100 erməni noyabrın sonunadək Ermənistana köçəcək.
"Report" "Tert.am"a istinadən xəbər verir ki, bu barədə "Hələb" xeyriyyə ictimai təşkilatının rəhbəri Ani Balxyan bildirib. 
Onun sözlərinə görə, bu müddət ərzində təşkilata suriyalı ermənilər tərəfindən Ermənistana köçməklə əlaqədar 600 ərizə daxil olub, onlardan 100-ü üçün artıq lazım olan məbləğ toplanıb. 
A.Balxyan qeyd edib ki, yaxın zamanlarda onlara Ermənistanın Hələbdəki konsulluğundan viza veriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/suriyadan-daha-100-ermeni-noyabrin-sonunadek-ermenistana-kocecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR