Bu qədər çox sevsən, Messi Braziliya üçün də "oynayar" - FOTO

Bu qədər çox sevsən, Messi Braziliya üçün də "oynayar" - FOTO
17:42 8 Oktyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Braziliya - Boliviya oyunu (5-0) təkcə Neymarın partlamış qaşının qanına boyanan görkəmi ilə yadda qalmadı.

Neymar oyunda al qana boyandı - VİDEO

Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, tribunaların ucuz bilet satılan sektorundakı bir azarkeş köynəyilə jurnalistlərin diqqətini çəkib. Onun əynindəki Braziliya millisinin ənənəvi yaşıl-sarı rəngdə olan futbolkasının arxasına 10 nömrə və "Messi" adı həkk olunmuşdu. 

Qeyd edək ki, Argentina ilə Braziliya arasında uzun illərə söykənən bir futbol rəqabəti olmasına baxmayaraq braziliyalılar dünyanın ən yaxşı futbolçularından olan argentinalı Lionel Messinin xətrini çox istəyirlər. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR