Bakıdan Astaraya yas mərasiminə gedən ana və oğul yol qəzasına düşüb

Bakıdan Astaraya yas mərasiminə gedən ana və oğul yol qəzasına düşüb
21:12 8 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 8 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, qəza Ələt-Astara magistral yolunun yeni çəkilən hissəsində qeydə alınıb.
Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində maşında olan sərnişin - 1932-ci il təvəllüdlü Fərziyeva Humayə və onun oğlu – sürücü Fərziyev Xeyrulla (1950-ci il təvəllüdlü) xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Fərziyeva Humayə çoxsaylı qabırğa sınıqları və bazu sümüyünün yuxarı 1/3-də yerdəyişən qəlpəli sığı diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alana isə ambulator yardım göstərilib.
Ana və oğul Bakıdan Astara rayonuna yas mərasiminə gedirlərmiş.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR