Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.