"Çağla ilə heç vaxt sevgili ola bilmərik" - Alişan

"Çağla ilə heç vaxt sevgili ola bilmərik" - Alişan
13:36 10 Oktyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Alişan "Posta" qəzetinə verdiyi müsahibəsində model Çağla Şikellə münasinətlərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, 40 yaşlı sənətçi onunla sevgili ola bilmə ehtimalını istisna edib:

"Çağlayla "Cennet mahellesi" serialında tanış olduq. Dərhal da yaxın dosta çevrildik. Çağla çox xoş, gözəl bir qadındır. Türkiyə və Avropa gözəlidir, qüsursuz bir qadındır, amma mənə xitab etmir. Zövqləmiriz, həyat tərzlərimiz bir-birindən fərqlidir, bələ də ona görə bir-birimizi başa düşürük. Aramızda ölənə qədər saxlayacağımız sirlər var. Səhnəyə çıxanda da onun üçün darıxıram.

Bizim aramızda heç vaxt sevgi ola bilməz. Bu yaxınlarda birgə apardığımız verilişdən qabaq ayaqqabımıb bağı açıldı, Çağla "dayan, tez bağlayım" deyib əyildi. Həmin anaın fotosunu paylaşdıq. Gözləmədiyimiz tənqidlər gəldi, fotoya başqa mənalar verdilər. Ona görə sabahısı gün mən onun paltarını ütülədim və bu ikinci fotonu bilərəkdən paylaşdıq".




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59016

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR