Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəncbər komandanın baş məşqçisi Fatih Terimi sərt tənqid edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, millinin DÇ-2018-in seçmə mərhələsində İslandiyaya uduzduğu oyunla bağlı "Hürriyyət" qəzeti üçün yazdığı "Artıq sənə inanmırıq" başlıqlı yazıda F.Terimi istefaya çağırıb:
"Hörməti sevgi ilə yox, qorxu və hədə ilə qazanmağa çalışan Fatih Terim son 3 ildə heç bir şey vermədiyin türk futboluna ən böyük faydanız istefanız olar".
Qeyd edək ki, Türkiyə millisinin DÇ-20180-in seçmə mərhələsində 3 oyundan sonra 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. O, bu turnir üçün Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuk İnan və Caner Erkin kimi aparıcı oyunçuları milliyə çağırmayıb.
Milli.Az