Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb

Xorvatiya prezidentinin Bakıya səfərinin proqramı açıqlanıb
15:52 10 Oktyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Xorvatiya Prezidenti Kolinda Qrabar Kitaroviçin Bakıya səfərinin proqramı açıqlanıb.
Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviçin "Report"a verdiyi məlumata görə, səfər oktyabrın 24-də baş tutacaq.
Azərbaycana ikigünlük rəsmi səfəri zamanı K.Q.Kitaroviçin Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Bundan başqa, Bakıya səfər çərçivəsində biznes-forum keçiriləcək. Bu biznes forumda təqribən 60 xorvatiyalı iş adam iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/xorvatiya-prezidentinin-bakiya-seferinin-proqrami-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR