"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ"-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
16:32 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Keçən həftə ərzində 1.11$-a kimi ucuzlaşan EUR/USD cütlüyünün məzənnəsi cümə günü Amerikada işsizliyin artması xəbəri ilə yenidən bahalaşmağa başladı. Avroya tələbin artması fonunda qiymət 1.12$-ın üzərində möhkəmlənə bilərsə, yenidən 1.1280$ və 1.1365$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu həftə Amerika iqtisadiyyatının  3-cü rüb üzrə sentyabr ayı göstəriciləri də açıqlanacaqdır.

GBPBİ DEQ

Böyük Britaniya funt sterlinqinin qiyməti keçən həftə ərzində təzyiq altında qalmaqda davam edib. Böyük Britaniya hökümətinin sərt BREXIT siyasəti iqtisadi və siyasi riskləri artırmaqla investorların funt sterlinqə olan inamını zəiflədir. Keçən həftə ərzində 1.15$-a kimi ucuzlaşan GBP/USD cütlüyünün qiyməti, dolların dünya birjalarında yenidən ucuzlaşması ilə 1.26$-a kimi dəyər qazana biləcəyi gözlənilir.

TRY

USD/TRY valyuta cütlüyünün məzənnəsi keçən həftə ərzində InvestAZ analitiklərinin gözlədikləri kimi 3.06 TL-ə qədər bahalaşıb. Türkiyədə müşahidə olunan siyasi hadisələr fonunda türk lirəsi gələcək günlərdə də dollara nisbətən dəyər itirməkdə davam edərsə, Dollar/Lirə məzənəsinin əlavə olaraq 3.09 TL-ə kimi bahalaşmasına səbəb ola bilər.

OIL

Səudiyyə Ərəbistanının OPEC dövlətləri arasında neft hasilatının müəyyən səviyyədə dondurulması mövzusunda razılaşdırmağa çalışması, enerji bazarlarında neft qiymətlərinin bahalaşmasına səbəb olur. Artıq 53.31$-a kimi bahalaşan Avropanın Brent markalı neftinin bir barel qiymətinin bazarlar tərəfindən 51.10 və 50.00$-a kimi ucuzlaşa biləcəyini gözləsələr də, InvestAZ analitikləri qiymətlərin yenidən 57.40$-dək dəyər qazana biləcəyini proqnozlaşdırır.

GOLD

Qızılın dünya əmtəə bazarlarında qiyməti gözlənildiyi kimi 1241$-dək (39.77 $/qram) ucuzlaşıb. Lakin qiymətin texniki mənzərəsini təhlil edən analitiklər, gələcək günlərdə 1290$-a (41.35$/qram) kimi bahalaşmanın şahidi ola biləcəyimizi bildirirlər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti

"İnvest-AZ İnvestisiya Şirkəti" QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

______________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İnvest-AZ İnvestisiya Şirkəti" QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/478015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR